“Feyr-pley qaydaları PSJ-nin “top komandalar”la rəqabət aparmasına əngəl olur”.

Bunu PSJ-nin futbolçusu Lionel Messi deyib.

O, Paris təmsilçisinin avrokuboklardakı zəif çıxışının səbəbini açıqlayıb. Argentinalı futbolçu bildirib ki, xüsusilə maliyyə feyr-pley qaydaları komandanın əl-qolunu bağlayır: “Fikrimcə, maliyyə məsələlərinə görə klubun cəzalandırılma təhlükəsi yaşaması bizim çıxışımıza mənfi təsir edir. Qaydalardan kənara çıxmamaq üçün rəhbərlik komandanın gücləndirilməsinə lazımi vəsait ayıra bilmir. Bu gedişlə mən PSJ-nin arzulanan səviyyəyə çatacağını düşünmürəm”.

Qeyd edək ki, hücumçunun mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəməməsinin səbəblərindən birinin məhz bu olduğu iddia olunur. Ərəbistan səfərindən sonra klub tərəfindən cəzalandırılan forvardın yeni mövsümə başqa komandada başlayacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir