“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının II turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.

“Qarabaginfo” xəbər verir ki, Budapeşt təmsilçisi “atlılar”la matça daha yaxşı hazırlaşmaq üçün yerli liqa rəhbərliyinə müraciət edib.

“Ferentsvaroş” səfərin uzun olması və qarşılaşmanın vacibliyi baxmınından çempionat matçının təxirə salınmasını istəyib. Liqa rəhbərliyi buna müsbət cavab verib. Matçın yeni vaxtı daha sonra açıqlanacaq.

“Qarabağ” “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-u Budapeştdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir