Azərbaycanın idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.

“Agdam tv”-nin məlumatına görə, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.

Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir