Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Ağdam Tv xəbər verir ki, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili ilə qoşqulu “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər – Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir