Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, cari il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İstintaqla, Abdulla Abdullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir