Ağdaşda azyaşlı bacı və qardaş zəhərlənib.

“AğdamTv” Lent.az-a istinadən xəbər verir ki, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı  M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi: “2019-cu il təvəllüdlü və 2023-cü il təvəllüdlü vətəndaşlar 24.03.2023-cü il tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olduqdan sonra evə buraxılıblar”.Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir