Bakının Suraxanı rayonunda 51 yaşlı kişini avtobus vurub.

“AğdamTv” xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Yusifov Şaiq Xəlil oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu 36 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır bədən xəsarətləri alıb.Xəsarət alan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir