Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.

Bakı klubundan “Report”a verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir