Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxıb.

Ağdam Tv xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edib.

Bakıda keçirilən oyunu İngiltərədən olan hakimlər briqadası idarə edib.

Matçda hesabı “Bayer”in oyunçusu Bonifase 90+1-ci dəqiqədə fərqlənib. O, 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.

Matç qonaq komandanın minimal hesabla qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir