“Rusiyada çıxış edən bir-iki futbolçu ilə danışıq aparırıq”.

“AğdamTv”nin məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev səfərdə “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, ölkəsində oyunçulara ödənilən məvacib yüksək olsa da, danışıqlar davam edir:

“Hər mövqeyə oyunçu istəyirik.

Ümid edirəm ki, təlim-məşq toplanışına qədər əsas futbolçuları transfer edə biləcəyik.

Azərbaycana keyfiyyətli oyunçu gətirmək çətindir”.

O, müqavilə ilə Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına məxsus olan Aleksey Kaşuku saxlamaq istədiklərini söyləyib:

“Ola bilər ki, klubu onu geri qaytarsın.

Bu məsələdə hələ yenilik yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir