15 Sentyabr “Bilik Günü” ilə əlaqədar Ağdam Musiqi Kollecində də bir sıra tədbirlər keçirilib.

Ağdam Musiqi Kollecinin direktoru əməkdar artist Fehruz Səxavətin dəvətilə bir sıra mədəniyyət xadimləri kollecin qonağı olub.

Mədəniyyət xadimləri öz sahələri üzrə kollecin pedaqoji heyəti üçün masterclass keçiriblər.
Yeni tədris ilinə hazırlıq olaraq pedaqoji fəaliyyətlə məşğul olan kollec müəllimlərinin fəaliyyətlərində keyfiyyətin artırılması üçün mövzu üzrə müzakirələr aparılıb.

Ağdam Musiqi Kollecinin direktoru, Əməkdar artist Fehruz Səxavət kollecin müəllim kollektivinin pedaqoji fəaliyyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün bu kimi tədbirlərin davamlı olacağını bildirib.

Qeyd edək ki, 15 Sentyabr yeni tədris ilinin başlanması münasibətilə eyni zamanda kollecə yeni qəbul olan tələbələr və valideyinlərin qəbulu keçirilib. Ağdam Musiqi Kollecinin direktoru Fehruz Səxavət valideyinlərin qayğı və təkliflərini dinləyərək yeni qəbul olan tələbələrə uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir