Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb.

“”AğdamTv” xəbər verir ki, ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM otaqları və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Məktəbin həyətində hasar çəkilib, idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, işıqlandırma dirəkləri quraşdırılıb. Yerə tamet və asfalt örtük döşənib, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir