Ağdam Musiqi Kollecində “2022/2023-cü tədris ilinin Yaz” semestr imtahanları keçirilir.

“Ağdamtv”yə Ağdam Musiqi Kollecində verilən məlumata görə, kollecdə “2022/2023-cü ilin Yaz” semestri üzrə imtahan sessiyası başlayıb, imtahan və apelyasiyası komissiyaları yaradılıb.

Eyni zamanda imtahanlara ciddi nəzarət təşkil edilmiş, şəffavlıq təmin edilərək ixtisas və qrup fənləri üzrə uğurla imtahan prosesləri həyata keçirilməkdədir.

İmtahanlar instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, xanəndəlik və ümumtəhsil fənləri üzrə həyata keçirilir.

İmtahanların keçirilməsində kollec rəhbərliyinin xüsusi nəzarəti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir