Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu 2024 Avropa Futbol Çempionatının seçmə turu çərçivəsində bu gün keçiriləcək Ermənistan-Türkiyə matçını izləmək üçün Ermənistana gedib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2008-ci ildə Ermənistan – Türkiyə oyununa stadiondan canlı baxmaq üçün İrəvana səfər etmişdi.

Beləliklə, 15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirilir.

Mənbə: Fanatik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir