Almaniyanın Düsseldorf şəhərində türk toyunda 50-yə yaxın insan zəhərlənib.

“AğdamTv” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qonaqlardan biri qan dövranı problemi ilə bağlı təcili yardım çağırmalı olub.

Məlum olub ki, zalda dəm qazından sızma baş verib.

Əraziyə yanğınsöndürmə və xilasedicilər cəlb olunub, insanlar binadan təxliyə olunub.

Polis bildirib ki, toya gələn 34 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib, daha 20 nəfər isə fərdi şəkildə xəstəxanaya müraciət ediblər.

Şənlikdə 150-200 nəfər iştirak edib.

Polis hadisənin səbəblərini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir