İranın paytaxtı Tehranda baş verən daşqınlar ölümlə nəticələnib.

“Qarabaginfo.com” xarici KİV-ə istinadən xəbər verir ki, sel zamanı 6 nəfər ölüb, 9 nəfər yaralanıb, 14 nəfərin isə itkin düşdüyü qeyd edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. 

Qeyd edək ki, bu gün Tehranın şimalında yerləşən İmamzadə Davud dağlıq bölgəsində güclü yağışların səbəb olduğu daşqınlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir