“Tavuş istiqamətində 8 mövqe təhvil verilib”.

AğdamTv xəbər verir ki, bunu “Pastinfo”nun efirində erməni polkovnik Vladimir Ohanesyan deyib.

Onun sözlərinə görə, bunun ardınca Geqarkunikdə 12, Qafanda isə 5 kəndin sərhədinin müəyyənləşdirilməsi ilə bağlı işlər aparılacaq. Ohanesyan bildirib ki, hazırda Noyemberyanda qohumunun xidmət etdiyi mövqedə artıq Azərbaycan bayrağı dalğalanır. “Bizimkilər artıq geri çəkilib, burada söhbət kilsənin qarşısında sol və sağ tərəfdən 7-9 kilometrlik ərazidən gedir”, – deyə erməni polkovnik qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir