ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Ağdam Tv xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Telefon danışığında Ostin İsrailin özünümüdafiə hüququnu təsdiqləyib və mülki əhalinin müdafiəsi və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, münaqişənin Qəzzadən kənara yayılmasının qarşısını almaq və regionda eskalasiyanın qarşısını almaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir