Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı sualı cavablandıran Peskov tələsməməyi tövsiyə edib: “Uzağa qaçmağa dəyməz. Bu, ilk növbədə humanitar qərardır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlara qoyulan qadağa da aradan götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir