ABŞ Konqresi Ukraynaya dəstəyi özündə əks etdirməyən İsrailə yardım layihəsini təsdiq edərsə, prezident Cozef Bayden veto hüququndan istifadə edəcək.

“AğdamTv” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Prezident yalnız İsrailə yardım qanun layihəsinə veto qoyacaq. Düşünürəm ki, biz bunu açıq şəkildə ifadə etdik”, – Kirbi bildirib.

O əlavə edib ki, Bayden əmindir ki, edilən bütün əlavə sorğular kritik təhlükəsizlik ehtiyacları ilə bağlıdır:

“Prezident bunların hamısının nəzərə alınmasını, Konqres tərəfindən eyni zamanda hərəkətə keçməsini istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir