İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir.

“AğdamTv” verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

O, Qəzza zolağında müvəqqəti atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib:

“Hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir