“Twitter”in baş icraçı direktoru (CEO) İlon Mask istefa verdiyini və şirkət üçün yeni baş direktor işə götürdüyünü açıqlayıb.

Ağdam tv xarici mediaya istinadən xəbər verir ki, İlon Mask “Twitter”in baş direktoru vəzifəsindən istefa verib.

Mask “Twitter” hesabında etdiyi paylaşımda “Twitter üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra başlayacaq”, – deyib.

Yeni CEO-dan sonra şirkətdəki rolunun nə olacağını qeyd edən Mask rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını bildirib.

Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Qeyd edək ki, ötən ilin dekabrında İlon Mask Twitter-in baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu başladıb və nəticəni qəbul edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir