Sudandakı münaqişə qurbanları üçün humanitar yük daşıyan ilk təyyarə enib.

“AğdamTv” xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Sudan bölməsi tviterdə məlumat yayıb.

Yükün 8 ton zəruri tibbi ləvazimatdan ibarət olduğu bildirilir.

Humanitar yardımın Xartumdakı xəstəxanalara, eləcə də toqquşmalarda zərərçəkənlərə ilkin tibbi yardım göstərən Sudan Qızıl Aypara Cəmiyyətinə göndəriləcəyi gözlənilir.

BQXK-dan onu da bildiriblər ki, yaxın vaxtlarda həkimlər və dərman preparatlarından ibarət ikinci təyyarənin yola salınması planlaşdırılır.

Daha əvvəl BQXK-nın informasiya direktoru “Al Arabiya”ya bildirib ki, təşkilat Sudanın paytaxtı Xartumdakı ofisindən işçilərini evakuasiya etmək qərarına gəlib.

Bu arada Sudan Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) bazar günü gecə yarısı başa çatmalı olan humanitar atəşkəsin daha 72 saat uzadıldığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir