“Huawei” süni intellektli chatbot üçün Çin Patent İdarəsinə ticarət nişanı üçün müraciət edib.

Bir çox şirkət sözügedən süni intellekt chatbotunu öz məhsullarına inteqrasiya etməyə başlayıb.

Əvvəllər ChatGPT-ni məhsullarına inteqrasiya etməyəcəyini və bunun əvəzinə daha təkmil süni intellekt texnologiyalarının inkişafına diqqət yetirəcəyini bildirən Huawei-nin planları ortaya çıxıb.

NetGPT adlı ticarət markasının hazırda təsdiq prosesində olduğu bildirilir.

Qeyd edək ki, ChatGPT-ə bənzər bir chatbot olacağı gözlənilən NetGPT haqqında əlavə təfərrüatlar yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir