Ermənistan Müdafiə Nazirliyi “itkin düşən” hərbçisinin martın 22-də tapıldığını açıqlayıb.

“AğdamTv” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Beləliklə, Azərbaycan Ordusunu erməni hərbçisini əsir götürməkdə ittiham edən Ermənistan Müdafiə Nazirliyi, həqiqət üzə çıxandan sonra özü-özünü təkzib etməyə məcbur qalıb: “Martın 21-də Azərbaycanla sərhəddə itkin düşən əsgər tapılıb və onun həyatı təhlükədə deyil”-deyə Ermənistan Müdafiə Nazirliyi səhvini etiraf etməli olub. Bununla da növbəti dəfə gülünc vəziyyətə düşüb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən gün hərbçisinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyini bildirmiş və onun əsir götürüldüyünü iddia etmişdi.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın növbəti yalan olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir