Alimlər Böyük Çin səddi yaxınlığında Min sülaləsinə aid 59 bomba aşkar ediblər.

“AğdamTv” xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Qədim bombalar 16-cı əsrdə Min sülaləsi hökmdarları tərəfindən tikilmiş böyük divarın yaxınlığında tapılıb. Bu yer Pekindən təxminən 80 kilometr aralıda yerləşir.

Bombalar daşdan hazırlanıb və ortasında barıtla doldurulacaq dəlik yerləşir. Barıtla doldurulduqdan sonra bombaları möhürləyib yuxarıdan düşmənə atmaq mümkün olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir