BMT Baş Assambleyası ABŞ-ni Kubaya qarşı 1962-ci ildən qüvvədə olan ticarət və iqtisadi embarqoya son qoymağa çağıran qətnamə qəbul edib.

“AğdamTv” TASS-a istinadən xəbər verir ki, Kubanın təqdim etdiyi qətnamənin lehinə 187 ölkə səs verib, İsrail və ABŞ buna qarşı çıxıb, Ukrayna isə bitərəf qalıb.

Qəbul edilmiş sənəddə Baş Assambleya Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının davam etməsindən və bunun Kuba xalqı üçün mənfi nəticələrə səbəb olmasından təəssüfləndiyini bildirir. Qətnamə Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri olan bütün dövlətləri onları mümkün qədər tez aradan qaldırmaq üçün lazımi addımlar atmağa çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir