Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı əhaliyə müraciət edib.

“AğdamTv” xəbər verir ki, müraciətdə deyilir:

“Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir