“Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanacaq.

“AğdamTv”-nin xəbərinə görə, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Sazişə əsasən, tərəflər sosial tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, qanunvericilik və institusional bazanın gücləndirilməsi məqsədilə “Sosial tərəfdaşlıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq və qəbul edilməsi üçün birgə səylər göstərməklə bağlı üzərlərinə öhdəlik götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir