Sentiyabrın 26-sı tarixində Ağdamda Vətən Müharibəsi şəhidi Qəmbərov Mədət Əzim oğlunun doğum günü ilə bağlı anım tədbiri keçirilib.

“Qarabaginfo.com” “Agdamtv.info”ya istinadən xəbər verir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində salınmış Şəhidlər Xiyabanında Şəhid Mədət Qəmbərovun və digər şəhidlərimizin məzarları ziyarət edilmiş, gül-çiçək dəstələri düzülərək şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Həmçinin şəhidimizin dərs dediyi məktəbin şagirdləri tərəfindən  şeir kompozisiyası səsləndirilmişdir.

Anım tədbirində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov,  İcra aparatının əməkdaşları, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsi qaziləri, ictimaiyyət və media nümayəndələri, işlədiyi məktəbin müəllim kollektivi və tələbələri iştirak ediblər.

Tədbirin sonunda Şəhidin evində ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, Şəhid Qəmbərov Mədət Əzim oğlu 1995-ci ilin 26 sentyabr tarixində Ağdam Rayonu Mollalar kəndində anadan olub. Şəhadətindən öncə Ağdam Rayon İmamqulubəyli qəsəbə məktəbində müəllim vəzifəsində işləyib.

Ağdam Tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir