Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi beynəlxalq münasibətlər üzrə mütəxəssis axtarır.

Müraciət üçün son tarix 7 maydır.

ualiyeva@shusha.gov.az

Vəzifəyə dair tələblər:

Şuşa şəhər qeydiyyatı;

Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil

İş stajı 3 il

Kompüter biliklərinə dair tələblər: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s.

Xarici dil biliklərinə dair tələblər: İngilis dili-əla, rus dili yaxşı. (digər dilləri bilən namizədlərə üstünlük verilir);

Vəzifə öhdəlikləri:

Qurumun fəaliyyət istiqamətləri üzrə beynəlxalq ikitərəfli müqavilələrin, o cümlədən saziş, anlaşma memorandumu, niyyət protokolu və s. hazırlanmasına nəzarət etmək, həmçinin, bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə iştirak etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində quruma daxil olan və qurumdan göndərilən yazışmaların xarici dillərə tərcüməsini təşkil etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurumun rəhbərlərinin (və onları müşayiət edən şəxslərin) xarici ölkə səfərlərini təşkil etmək və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsində rəhbərliyə hesabat vermək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində Qurumun əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək və səfərin nəticələrinə dair hesabatları struktur bölmələrindən tələb etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən dəvət edilən xarici ölkə nümayəndələrinin ölkə daxili səfərlərini təşkil etmək;

Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;

Əmək haqqı 1170 AZN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir