Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır” mövzusunda konfrans keçirilib.

“AğdamTv” xəbər verir ki, müharibə veteranlarının, qazilərin, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndərin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, veteran hərəkatının inkişafında göstərdiyi xidmətlərdən, veteran təşkilatlarının yaradılmasından, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən, veteranlara dövlət qayğısının artırılmasından, müharibə, əmək və silahlı qüvvələr veteranlarının təşkilatlanmasından geniş söhbət açıblar.
Sonda Ulu Öndərin ordu quruculuğundakı xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Ağdam Tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir