08 aprel 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmiş abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, müstəqil Azərbaycanın dünya məkanında öz layiqli yerini tutmasından, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya sayəsində respublikamızın ittifaqın aparıcı dövlətlərindən birinə çevrilməsindən söhbət açmış, 1993-2003-cü illərdə Ulu öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından bəhs etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir