Ermənistanın paytaxtı İrəvanda metronun minalanması xəbəri yayılıb.

Bu barədə “Qarabaginfo” İrəvan metropoliteninin feysbuk səhifəsinə istinadən xəbər verir. Məlumata görə, saat 18:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə stansiyalarda partlayıcı qurğuların qoyulması barədə siqnal daxil olub.

Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin kinoloq qrupları və mühəndis dəstəsi həmin yerə göndərilib.

“Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir