Xaçmazda iki qardaş itkin düşüb.

İlkin məlumata görə, qardaşlar aprelin 19-da məktəbdən çıxıb və evə getməyiblər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itkin düşən iki qardaş barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib:

“Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5 53 56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir