Bakının Nərimanov rayonunda 22 yaşlı oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Agdam tv” nin məlumatına görə, 2001-ci il təvəllüdlü Əmir İlqar oğlu Məmmədov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.