Azərbaycanda saqqız bahalaşıb.

“Agdam tv” globalinfo.az-a istinadən xəbər verir ki, qiymət artımı “Orbit” markalı saqqız çeşidinə tətbiq edilib. Bu fakt marketlərin vitrinlərində təsdiqini tapıb.

Belə ki, marketlərdə 70 qəpiyə satılan “Orbit” markalı saqqız bu gündən etibarən 1 manata satılmağa başlanılıb.

Qeyd edək ki, bu saqqız çeşidi bir müddət idi marketlərdə tapılmırdı.

Alıcılar saqqız “qıt”lığının səbəbini elə planlaşdırılan qiymət artımında görürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir