Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistralın Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Belə ki, hadisə zamanı avtomobildə olan Qaraçuq kənd sakinləri 1967-ci il təvəllüdlü Əmrah Novruzov, 1968-ci il təvəllüdlü Gülnar Novruzova, 1991-ci il təvəllüdlü Türkanə Novruzova, Naxçıvan şəhər sakinləri 2010-cu il təvəllüdlü Novruz Allahverdiyev, 2012-ci il təvəllüdlü Ramal Allahverdiyev, Şərur rayon İbadulla kənd sakinləri 1989-cu il təvəllüdlü Orxan Cəlilov və 2014-cü il təvəllüdlü Sevgi Cəlilova yaralanıblar.

Onlar təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir