“2023-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9% artaraq 16 milyard 959,8 milyon manat olub”. 

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir