Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilib.

DİN-dən verilən məlumata görə, tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edilib ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir