2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67,4 faiz azalıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Məlumata görə, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.

Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8,4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub – 11,4 faiz.

Qiyməti 40-80 manat olan menyuların qiyməti 7,6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6,3 faiz artım qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir