Bakıda avtomobilin vurduğu piyada ölüb.

“Agdam tv” APA-ya istinadən xəbər verir ki, aprelin 10-da Zamanov Zərbi Eyvaz oğlu idarə etdiyi VAZ-2170 markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində şəhər istiqamətində hərəkətdə olarkən piyada 1983-cü il təvəllüdlü Əsgərov Fuad Məmməd oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, ötən gün orada ölüb.

Faktla bağlı Qaradağ RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir