Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib:

“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir