“Agdam tv” APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda olub.

Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.

Mübahisə davaya çevrilib.

Dava zamanı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir