“Cəbrayıl” Enerji Qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ağacəkmə və bağsalma aksiyası keçirilib.

“AzərEnerji”dən “Ağdam tv”-ə verilən məlumata görə, ermənilər tərəfindən xarabalığa çevrilən Cəbrayılda 15 min ədəd xurma və zeytun ağacı əkilib.

Xüsusi damlama sistemi qurulub, artezian vurulub, 200 kubmetr su hovuzu və su nasos stansiyası tikilib. 

Ulu Öndərin yaşıllaşdırma ənənəsinə sadiq qalmaq məqsədi ilə həyata keçirilən ağacəkmə aksiyasının həm də böyük qayıdışla bilavasitə bağlılığı var. Xüsusi olaraq qeyd edək ki, 16 hektar ərazidə 14 min ədədi xurma ağacından ibarət böyük meyvə bağı bərabər şəkildə burda işləyəcək əməkdaşlar arasında bölünəcək.

Bildirilib ki, “Cəbrayıl” Enerji Qovşağında 16 əməkdaş çalışacaq ki, onların da hamısı məhz cəbrayıllılardır. Böyük qayıdış siyasətinə uyğun olaraq 16 cəbrayıllının burada işi və yarımstansiyanın inzibati binasında qalmaq yeri ilə yanaşı, həm də hər birinin bir hektarlıq meyvə bağı da olacaq.

Xatırladaq ki, “AzərEnerji” tərəfindən bu günə kimi, işğaldan azad edilən ərazilərdə 25-ə yaxın enerji obyekti tikilib və 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq öz rayonunda işlə təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir