SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

“Azəriqaz”dan verilən xəbərə görə, aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb.

Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub.

Aksiyaya qatılan digər 3 sakin isə SOCAR “Azəriqaz” İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir