Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 11 ünvanında yerləşən 3306 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Belə ki, tarixi abidə olan yaşayış binasında qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.

Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən alınıb.

Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir