Əməkdar artist Aybəniz Haşımovanın rəhbəri olduğu “Sənət Akademiyası”nın konserti baş tutacaq.

“Ağdam tv” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert 5 may tarixində Kamera və Orqan musiqi zalında olacaq.

Konsertdə ifaçıları xalq artisti Ağaverdi Paşayevin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayət edəcək.

Aybəniz Haşımova və Sənət Akademiyasının tələbələri ən məşhur ifaları səsləndirəcək.

Qeyd edək ki, konsert Mədəniyyət Nazirliyi və Sənət Akademiyasının təşkilatçılığı ilə baş tutacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir