Ağdam Musiqi Kollecinin kollektivi ümumrespublika ərazisində qeyd edilən “Musiqi Günü” münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Konsert proqramında ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konserti açılış nitqi ilə Ağdam Musiqi Kollecinin direktoru, əməkdar artist Fehruz Səxavət açıb.
Çıxışında Ulu Öndər Lider Heydər Əliyevin 1995-ci il 18 Sentyabr tarixli Sərəncamı ilə qeyd edilən “Musiqi Günü” Azərbaycan musiqisinə verilən dəyərin təzahürü olduğunu qeyd edən əməkdar artisti Fehruz Səxavət Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin dünya musiqiləri içərisində yer tutmasında əvəzsiz xidmətlərini vurğulayıb. Fehruz Səxavət 2005-ci ildə Azərbaycan Respublikası vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Üzeyir Hacıbəyovun 120 illiyi münasibətilə Televiziyası Muğam Müsabiqəsinin keçirilməsinin Azərbaycan Muğamının Prezident İlham Əliyev və birinci Vitse-prezident timsalında verilən qiymətin göstəricisi olduğunu qeyd edib.
Çıxışının sonunda Fehruz Səxavət Azərbaycan muğamına və musiqinin digər sahələrinə Mehriban xanım Əliyevaya və Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib Konsertin davamı olaraq çıxış edən Ağdam Musiqi Kollecinin “Qarabağ” İnstrumental ansamblı Üzeyir Hacıbəyovun “Koroğlu” uverturası ilə Musiqi nömrələrinin açılışı ediblər.
Konsertdə Üzeyir Hacıbəyovun yaradıcılığından Musiqi və kompozisiyalar Ağdam Musiqi Kollecinin müəllim və tələbə kollektivi tərəfindən təqdim edilib.
Konsertdə eyni zamanda Fehruz Səxavətin ifasında “Qaradəniz”, Üzeyir Hacıbəyovun “Sevgili Canan”, “Sənsiz”, “O olmasın bu olsun”, “Arşın mal alan” operasından “Gülüşlərin naləsi”, “Koroğlu” operasında “Nigarın ariası”, Fikrət Əmirovun “Kürd Ovçarı”, Faiq Şücəddinov “Vətən Balladası”, romansı, “Qələbə” ritm qrupu ifasında, kompozisiyalar, “Qaytağı”, “Uzundərə” kimi Musiqi nömrələri və kompozisiyalar təqdim edilib.
Konsertin sonunda Ağdam RİH-nin başçısı Vaqif Həsənov Azərbaycan və bilavasitə Qarabağda Musiqinin inkişafında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı nəticəsində gəldiyi yeri vurğulayıb. Ağdamda və Ağdam Musiqi Kollecinin tarixi musiqi ənənələrindən çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı tezliklə Ağdam şəhərində bu ənənəlırin davam etdiriləcəyini qeyd edib.
Ağdam RİH-nin başçısı Vaqif Həsənov Ağdam Musiqi Kollecinə Fehruz Səxavətin təyinatından sonra aparılan islahatların Ağdam musiqisinə və Qarabağ musiqisinin gələcəyinə xidmət etdiyini qeyd edib.












