Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

Sonuncu oyun günündə iki matç keçirilib. Əvvəlcə “Şamaxı” və “Sumqayıt” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda hesab açılmayıb.

Hazırda “Sumqayıt” 25 xalla 8-ci, “Şamaxı” 22 xalla 9-cu pillədədir.

Turun mərkəzi oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

“Sabah”ın heyətində Coy-Lens Mikels dubl edib, “Qarabağ”ın yeganə qoluna penaltidən Riçard Almeyda imza atıb.

Bu, “Qarabağ”ın mövsümdə ilk məğlubiyyəti olub. Ağdam klubu ümumən ölkə çempionatında 49 oyun idi, uduzmurdu. Komanda sonuncu dəfə 538 gün əvvəl – 2021-ci ilin 25 oktyabrında səfərdə “Səbail”ə 1:3 hesabı ilə məğlub olmuşdu.

“Qarabağ” hazırda 77 xalla vahid liderdir. “Sabah” xallarını 68-ə çatdırıb və ikinci pillədə mövqeyini möhkəmləndirib. Komanda 3-cü “Neftçi”ni 8 xal üstələyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir